FHN və DSX hərbi hissənin anbarında baş verən yanğınla əlaqədar birgə məlumat yayıb
19 İyul 2012 Cümə Axşamı 13:56
Baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Bu gün saat 07.00 radələrində DSX-nin Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin anbarında yanğın olub. Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Sərhəd Qoşunlarına məxsus “N” saylı hərbi hissədə baş verən yanğınla bağlı birgə məlumat yayıb. APA-ya daxil olan birgə məlumatda bildirilir ki, bu gün saat 07.00 radələrində baş verən yanğınla əlaqədar baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, DSX-nin rəisi Elçin Quliyev və respublika hərbi prokuroru Xanlar Vəliyev hadisə yerinə gəliblər.

Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gələn FHN-nin xüsusi dəstələri və texnikası, həmçinin aviatexnikası tərəfindən görülmüş tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb və az müddətdən sonra yanğın tam söndürülüb.

Hazırda baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar