Fazil Mustafa Mikayıl Cabbarova irad tutdu
29 Avqust 2013 Cümə Axşamı 12:31
Fazil Mustafa: Biz daha hansı formada problemleri dile getirek ki, vaxtında anlasınlar?
Millət vəkili Fazil Mustafa təhsil naziri Mikayıl Cabbarovun məktəblilərin yay tətilinin uzun olması ilə bağlı açıqlamasına münasibət bildirib. ANS PRESS-in verdiyi məlumata görə, deputat bu problemin nəyə görə bu vaxt gündəmə gətirildiyini anlamadığını deyib:

"Biz daha hansı formada problemləri dilə gətirək ki, vaxtında anlasınlar. Bir müddət əvvəl FB səhifəmdə rəsmi qurumlara çağırış etdim ki, dərsləri sentyabrın 1-dən başlamaq zəruridir. Dərs proqramının hədsiz qısa olması, üstəlik də may ayının sonlarının da faktik olaraq boş keçməsi xeyli problemlər yaradır və təhsil vaxtından səmərəli istifadə olunmadığını göstərir.

Bu məsələni iki dəfə Milli Məclisin sessiyasında da qaldırmışam. Orada da söyləmişdim ki, iki təzahürün izahını verməkdə həmişə çətinlik çəkirəm. Birincisi, müharibə şəraitində olan, torpağını geri qaytarmaq iradəsi ortaya qoya bilməyən, hər gün gələcəyin sağlam təməlini yaratmaq üçün çalışmalı olan Azərbaycan cəmiyətinin bu qədər bayram günlərinə sahib olması və bu qədər istirahət duyğusu daşıması; İkincisi, bilgi və mühakimə imkanları dünya standartlarından, təhsili isə İran standartlarından geridə olan bir cəmiyyətin bu qədər uzun müddətli yay tətilinin olması.

Mənim yeni təhsil nazirmizə mütərəqqi və istedadlı bir insan kimi böyük hörmətim var. Ancaq məktəblərin başlamasına 20 gün qala "Yay tətili vaxtı bizdə çox uzundur" fikrini dilə gətirməsinin izahını tapmaqda çətinlik çəkirəm. Bu fikri aylar öncədən dilə gətirmək lazım idi ki, bu ili də itirmədən 15 gün öncədən dərslərə başlamaq barədə qərar qəbul olunsun."



DOSTLARINLA PAYLAŞ:

oyunlar