Favorit Market supermarketlər şəbəkəsinin yeni mağazası açılıb
03 Avqust 2012 Cümə 14:54
Bu gün Favorit Market məşhur supermarketlər şəbəkəsi Bakı şəhərində növbəti mağazasını istifadəyə verib.
«APA-Economics»in məlumatına görə, yeni supermarketin açılış mərasimində «Baku Retail Group»un icraçı direktoru Fuad Bədəlov qeyd edib ki, bu, «Favorit-Market» adı altında açılan sayca dördüncü supermarketdir: «Biz ilk «Favorit-Market»i 2010-cu ildə istifadəyə vermişik. Bugünkü market isə sayca dördüncüdür. Marketimiz əhaliyə 40-45 min çeşiddə mal təklif edir».

F.Bədəlov onu da bildirib ki, «Baku Retail Group» gələcəkdə sözügedən marketlərin sayını daha da artırmaq niyyətindədir.

Yeni «Favorit-Market» Yasamal rayonu, Əbdürrəhimbəy Haqverdiyev küçəsi, məhəllə 574 ünvanında yerləşir.

Sahəsi 2 400 kv. metr olan «Favorit-Market» alıcılara hər növdə qidaların təklif olunduğu bir neçə bölmədən ibarətdir. Alıcılara dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər təklif olunur. Alıcıların rahatlığı üçün isə müştərilərin avtomobilləri üçün xüsusi dayanacaq yaradılıb və ənənəvi xidmətlər təqdim olunur.

Qeyd edək ki, «Favorit Card» proqramı vasitəsilə artıq onlarla müştərilər dəyərli hədiyyələr qazanıb. Avqust ayından etibarən «Favorit Card» vasitəsi ilə alış-veriş edən müştərilər üçün yeni hədiyyə çeşidləri əlavə edilib. Bunların arasında mobil telefonlar, «iPhone-4S», «iPad-2» və digər dəyərli hədiyyələr mövcuddur.

Xatırladaq ki, digər üç «Favorit-Market» (www.favorit-market.az) Yasamal rayonu, Məhəmməd Hinduşah Naxçıvani küçəsi 15, Binəqədi rayonu və Mircəlal küçəsi 59K, Binəqədi qəsəbəsi, 2-ci mədən, 52-ci korpus ünvanlarında yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar