FAO Bakıda seminar keçirir
12 Sentyabr 2013 Cümə Axşamı 10:56
Tədbir Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub.
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan hökuməti arasında imzalanmış Milli Ortamüddətli Prioritetlər Çərçivəsinin (2010-2012-ci illər) icrasının qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni ölkə proqramı çərçivəsinin hazırlanması məqsədilə seminar keçirilib. Tədbir FAO və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub.
İclasda kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov və FAO-nun Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Mustafa Sinaser FAO ilə Azərbaycan Hökuməti arasında əlaqələrin inkişafı, eləcə də hazırlanacaq sənədin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə iştirak edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov ötən üç il ərzində Milli Ortamüddətli Prioritetlər Çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə FAO ilə sıx əməkdaşlıq əlaqələrinun qurulduğunu, davamlı kənd təsərrüfatının istehsalı və gəlir yaradılması, təbii ehtiyatların qorunması və idarə edilməsi, kənd təsərrüfatı və kəndin inkişafı üzrə siyasət və institusional çərçivəsinin gücləndirilməsi sahələrində FAO tərəfindən müxtəlif layihələr və proqramlarin həyata keçirildiyini bildirib.
FAO-nun Subregional Koordinatoru Sinaser 20 il ərzində ölkədə aparılan davamlı iqtiasadi islahatlar, neft və qaz gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində əldə etdiyi uğurlardan, ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərində olan kəskin atrımdan və dünyada yüksək ortagəlirli ölkələr sırasına çıxdığından danışıb.
DOSTLARINLA PAYLAŞ: