Sentyabrın 24-də Yasamal rayonu ərazisində 58 yaşlı kişi qəfil ölüb. ANS PRESS-in Lent.az-a istinadən verdiyi məlumata görə, K.Kazımzadə küçəsi 115/41 ünvanında yaşayan İsmayıl Tağızadə yaşadığı mənzildə insult keçirib və dünyasını dəyişib. Həkimlər onun beynin işemik insultu diaqnozu qoyub.
Əldə olunan məlumata görə, İ.Tağızadə Azərbaycanın əməkdar artisti Süleyman Tağızadənin oğludur.
Qeyd edək ki, İ.Tağızadə Bakıda yaşasa da, Rusiya vətəndaşlığına keçibmiş.
Əməkdar artistin oğlu qəfil öldü
İsmayıl Tağızadə Əməkdar artisti Süleyman Tağızadənin oğludur.




Şərhlər