Elövset Osmanlı vefat etdi
08 Sentyabr 2013 Bazar 12:04
Tanınmış tehsil eksperti Elövset Osmanlı Milli Parkda gezişerken aniden ürek tutmasından dünyasını deyişib.
Tanınmış təhsil eksperti Əlövsət Osmanlı dünən gecə saatlarında qəflətən vəfat edib. ANS PRESS-in məlumatına görə, Əlövsət Osmanlı dünən Milli Parkda gəzişərkən anidən ürək tutmasından dünyasını dəyişib. Mərhum Bakıda- Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunacaq. Əlövsət Osmanlının yas mərasimi “28 may” metrosunun yeni tikilmiş çıxışı yaxınlığında veriləcək.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsillə bağlı bağlı geniş tədqiqat işləri aparıb. Ailəlidir. 1 oğlu və 1 qızı var. Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar