Elmlər Akademiyası stansiyasının tikilən ikinci çıxışı hansı istiqamətlərə yönələcək?
03 Avqust 2012 Cümə 12:35
Əlavə çıxışın 2015-ci ildə istismara verilməsi planlaşdırılır.
Metorunun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi maili təzyiq altında inyeksiya üsulundan istifadə olunmaqla həyata keçirilir.
AzərTAc xəbər verir ki, maili tuneldə xətt boyunca istiqamətləndirici borular qoyulacaq və həmin kontur 80 metr dərinliyədək sementlə doldurulacaq. Stansiyanın ikinci çıxışı 3 istiqamətə yönələcək.

Bu çıxış, həmçinin ərazidə keçid rolunu oynayacaqdır. Beləliklə, ətraf ərazidə piyadaların təhlükəsizliyi ilə yanaşı, sərnişinlərin rahatlığı da təmin olunacaq. Çıxışlardan biri Bakı Dövlət Universitetinin arxa hissəsində - Mətbuat prospektində yerləşəcək.

Burada birinci keçidə paralel daha 2 keçid inşa olunacaq. Daha bir çıxış Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsində - Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığında tikilir. “Elmlər Akademiyası” stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar