Ölkə

Eldar Namazov Baş Prokurorluğa çağrıldı

"EL" herekatının lideri Eldar Namazov izahat verecek.

· Xəbərçi
Eldar Namazov Baş Prokurorluğa çağrıldı
"EL" hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair işİlər üzrə İstintaq İdarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, Ə.İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdir.

Şərhlər