Yevlax rayon icra başçısının müavini Müsteqim Memmedov: O işle belediyye meşğuldur. Hemin park belediyyenin balansındadır. Deyesen, senin konturun çoxdur.
Yevlax rayonunda yerləşən istirahət parkı bərbad vəziyyətdədir. Rayon sakinlərinin milli.az-a verdiyi məlumata görə, Zərdabi 2 ünvanında yerləşən park istirahət üçün yararsızdır:
“Rayon rəhbərliyinin də yadından çıxan parkda bir-iki oturacaq qalıb ki, onu da bir neçə gün əvvəl aşırıblar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problem həll edilmir”.
Yevlax rayon icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Müstəqim Məmmədov açıqlamasında bildirib ki, park həmin ərazidə yaşayan sakinlər tərəfindən dağıdılıb. Parka dəfələrlə cari təmir aparılsa da, yenə də köhnə vəziyyətini alır.
“Sakin dağıdan park təmir edilmir?” sualına M.Məmmədovun cavabı belə olub:
“O işlə bələdiyyə məşğuldur. Həmin park bələdiyyənin balansındadır. Deyəsən, sənin konturun çoxdur”.