Daxili İşlər Nazirliyi qulaqkəsmə məsələsinə aydınlıq gətirdi
11 Fevral 2013 Bazar Ertəsi 17:13
Nazirlik Hafiz Hacıyevin Əkrəm Əylislini cəzalandırmaq barədə söylədiklərini araşdıracaq.
“Qanunvericilikdə heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur”. Bu barədə APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O, qeyd edib ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin mətbuatda yazıçı Əkrəm Əylisli barəsində səsləndirdiyi fikirlər araşdırılacaq: “Bu barədə bizdə hər hansı rəsmi məlumat yoxdur. Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi, dini, milli, mənsubiyyətindən asılı olmayaraq, heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək”.
Qeyd edək ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verərək yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.
DOSTLARINLA PAYLAŞ: