Çingiz kimi insanlar “hərtərəfli dahi” adlandırırlar. Həqiqətən də bu şəxsin qabiliyyət və maraqları çoxşaxəli idi. Azərbaycanda məktəblidən tutmuş ağsaqqala kimi hamı Çingizi cəbhə jurnalisti, həqiqi vətənpərvər kimi tanıyır. Hamı Çingizi - Həqiqət, Vicdan, Şərəf və Azadlıq carçısı kimi tanıyıb və qəbul edib. Bu gün də Çingiz Mustafayev - Milli jurnalistikamızın simvoludur.
İxtisasca həkim olan, lakin jurnalist kimi fəaliyyət göstərən Çingiz həm də incəsənətin, musiqinin pərəstişkarı idi. Məhz Çingiz Bakıdakı ilk musiqi mərkəzi olan “Disko”-nu, “Ozan” folklor qrupundan yaratmış, “Ekspromt” gənclər studiyasında iştirak edib. Məhz haqlı olaraq onun Azərbaycanın ilk Dj-i adlandırmaq olar.
Gecənin aparıcısı ANS ÇM-in məşhur Dj-i Valid Əliyev oldu. Bakının və ən sevilən 12 Dj-i öz peşəkarlığın nümayiş etdirərkən bir-birini əvəz edib. Videoqraf Cavid Quliyev qonaqlara öz performansını göstərib.
Həmin gecə “The Public” klubunun zalı dünyaca məşhur yapon brendi “Casio"nun "G-Shock” kolleksiyası stilində dizayn edilib. Tədbirdə iştirak edən bütün Dj-lərə “G-Shock” saatları hədiyyə olunub. Brendin Azərbaycandakı rəsmi təmsilçisi VMF Şirkətidir.
Dəvətnamələrin xoşbəxt sahibləri VMF salonlarının alıcıları, massa-media nümayəndələri, həmçinin tele və radio dinləyicilər oldular.





















Şərhlər