Cemil Quliyev İTV haqqında danışdı
04 Sentyabr 2013 Çərşənbə 19:09
Cemil Quliyev: Heç kes heç kesi İTV-den kenarlaşdırmayıb. Kim işden gedibse, öz erizesi esasında gedib.
“Anar Yusifoğlunu işdən çıxaran olmayıb, öz xahişi ilə işdən getməsini istəyib. Ərizəsi indi də masamın üstündədir”. İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidenti Cəmil Quliyev Anar Yusifoğlunun işdən getməsi barədə Publika.Az-a açıqlama verib.
C.Quliyev həmçinin televiziyaya rəhbər təyin olunandan sonra İTV-dən gedən işçilərlə bağlı da açıqlama verib.
“Heç kəs heç kəsi İTV-dən kənarlaşdırmayıb. Kim işdən gedibsə, öz ərizəsi əsasında gedib. O ərizələrin hamısı məndədir. İnsanları zorla tutub saxlaya bilmərik ki... Kim mənimlə işləmək istəmirsə, işləmir və özünə başqa iş yeri tapır”.
O ki qaldı, həmin işçilərin İTV rəhbərliyi tərəfindən işdən kənarlaşdırılması ilə bağlı mətbuatda yayılan söz-söhbətə, C.Quliyev bunun əsassız olduğunu bildirdi:
“Hər zaman belə insanlar olub və olacaq. Bunlar ara qarışdırmağı xoşlayırlar. Biz işimizi görürük və gələcəyə baxırıq. Həmin şəxslər nə danışıqlar, danışsınlar, özləri bilər. Bizi onların sözləri yox, gördüymüz işlər maraqlandırır”.
DOSTLARINLA PAYLAŞ: