Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün iki sərəncamla 4 milyon manat ayırıb. Vəsait prezidentin ehtiyat fondundan ayrılıb.
Bu məbləğin 2 milyon manatı Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi,daha 2 milyon manatı isə iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə ayrılıb.
Cəlilabada iki sərəncamla 4 milyon pul ayrıldı
Vəsait sosial-iqtisadi inkişafın sürətləndirilməsi və yeni yolun tikintisi məqsədilə ayrılıb.




Şərhlər