Bulla deniz yatağında qeza baş vermiş quyudakı qazma avadanlığı sahile daşınır
30 Avqust 2013 Cümə 15:24
Qazma avadanlığının ümumilikde 35-40%-e qederi demontaj olunub.
“Bulla-dəniz” yatağında qəza baş vermiş 90 saylı quyunun yanmış qazma avadanlıqlarından təmizlənməsi işləri davam etdirilir.

ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 29-da davam etdirilib.

Görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-ə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənmiş və sahilə çıxarılmışdır.

Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar