Bu gün namizədlər üçün son gündür
    09 Sentyabr 2013 Bazar Ertəsi 12:14
    Namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim etməlidirlər.
    
                	 
    
         Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərə imzatoplama kampaniyası üçün verdiyi vaxt bu gün başa çatır. Bu barədə ANS PRESS-ə MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, prezidentliyə namizədlər bu gün saat 18:00-dək imza vərəqlərini komissiyaya təqdim edə bilərlər. 
Xatırladaq ki, indiyə qədər İlham Əliyevin, Cəmil Həsənli, İqbal Ağazadə, Zahid Oruc və bir neçə namizədin imza vərəqləri MSK-ya təqdim olunub.
DOSTLARINLA PAYLAŞ: