Borçalı esilli ziyalılar etiraz edir
21 Sentyabr 2013 Şənbə 10:22
Onlar Zelimxan Memmedliye keskin narazılıqlarını bildirib.
""Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli son zamanlar mütəmadi olaraq müxtəlif mətbuat orqanlarmda cəmiyyətin nizamnaməsilə heç cürə uyuşmayan siyasi bəyanatlarla çıxış edir. Bu da Borçalı əsilli vətəndaşlarımız arasında ciddi narazılıqlara səbəb olur. Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz “Borçalı” cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdiyini sübut edir. Bu yolverilməz haldır". Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib.
“Biz aşağıda imza atan Borçalı əsilli ziyalılar qətiyyətlə bəyan edirik ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərimizin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür. Bu səbəbdən biz “Borçalı” cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada apanlan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik.
Zəlimxan Məmmədliyə isə tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən “Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin nizamnamə müddəalanna sayğı ilə yanaşsın”, - deyə müraciətdə bildirilib.
Qeyd edək ki, müraciəti cəmiyyətə üzv olan bütün ziyalılar imzalayıb.
DOSTLARINLA PAYLAŞ: