Bəzi rayonlarda qaz olmayacaq
19 Sentyabr 2013 Cümə Axşamı 13:10
Qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu gün bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq. Azəriqaz İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 19 sentyabr 2013-cü il tarixində saat 10:00-dan 19:00-dək “Bolqarıstan” və “Zığ” QPS-lərdən, saat 10:00-dan 18:00-dək “Zaqatala” QPS-dən, saat 14:00-dan 17:00-dək “Əhmədli” QPS-dən, saat 10:00-dan “Gəncə” QPS-dən qidalanan qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsi, Xətai rayonunun Əhmədli qəsəbəsi daxil olmaqla P.Naximov, İ.İsmayılov, Zeytun və M.Əbilov küçələri, Zaqatala rayonu və Gəncə şəhərinin mərkəz hissəsi daxil olmaqla, 3-cü və 4-cü Mikrorayon, Poçt qəsəbəsi, Mərəsə bağı adlanan ərazilərinin təbii qaz verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar