Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9 min hektara qədər torpaq geri qaytarılıb
07 Mart 2013 Cümə Axşamı 11:59
İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib və cinayət xarakterli faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.
Ötən il Azərbaycanda inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib və cinayət xarakterli faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bu gün bələdiyyələrin fəaliyyətinə dair keçirilən mətbuat konfransında deyib.

Səlimzadə qeyd edib ki, eyni zamanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9 min hektara qədər torpaq sahəsinin geri qaytarılması təmin olunub.

Səlimzadənin sözlərinə görə, bələdiyyə orqanlarına inzibati nəzarət qaydasında baxılması üçün daxil olan bələdiyyə aktlarının sayı 60 faiz artaraq 52 mindən çox olmuş, onların normativ hüquqi aktlara uyğunluğu öyrənilərək 1500-dən çoxu nazirliyin təklişfləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Səlimzadə, həmçinin bələdiyyə qulluqçuları və üzvlərinin maarifləndirilməsi isçtiqamətində aparılan işlərdən də danışıb.

O qeyd edib ki, ötən il ərzində 75 seminar, 21 ixtisasartırma kursları keçirilib və bu maarifçilik tədbirlərində 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Bununla yanaşı, bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar