Ölkə

Bayramdan sonra Bayram yarmarkaları

Yarmarkalar Şenbe ve bazar günlerinde olacaq.

· Xəbərçi
Bayramdan sonra Bayram yarmarkaları
“Hər dəfə olduğu kimi, bu dəfə Ramazan bayramı ilə əlaqədar da bayram yarmarkaları keçiriləcək”. Bu sözləri ANS PRESS-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib.

Sabir Vəliyevin sözlərinə görə, Bakı şəhərinin bütün rayonlarında, Suraxanıda iki bazar olmaqla yarmarkalar təşkil olunacaq. Lakin adı “bayram yarmarkası” olsa da, keçiriləcək yarmarka bayramdan sonrakı günlərdə nəzərdə tutulub. Həftənin istirahət günlərinə təsadüf edəcək yarmarkalar avqustun 10-da və 11-də keçiriləcək.

Şərhlər