Bayram tebrikleri
08 Avqust 2013 Cümə Axşamı 22:13
Tanınmışların bayram tebrikleri. Şou-biznes ehli tebrik mesajlarını sosial şebekede paylaşıb.
Şou-biznesin tanınmış simaları hərkəsin Ramazan bayramını təbrik edib.Axşam.az məşhurların sosial şəbəkədə yazdıqları təbrikləri təqdim edib:

Xalq artisti Aygün Kazımova:

“Ramazan bayramınızı təbrik edirəm. Allahdan hər kəsə can sağlığı, ruzi-bərəkət arzulayır, tutulan orucların, qılnan namazlarin qəbul edilməsini, edilən diləklərin gerçəkləşməsini diləyirəm”.

Əməkdar artist Azərin:

“Sizləri bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm. Sağlam, xoşbəxt və sakit bir bayram keçirməyinizi arzulayıram. Nə yaxşı ki, varsınız. Birlikdə neçə belə gözəl bayramlar keçirməyi arzulayıram”.

Müğənni Samira Allahverdiyeva:

“Ramazan bayramınızı ürəkdən təbrik edirəm. Hər şeyə qadir olan uca Tanrımız bizləri doğru yoldan və sevdiklərimizdən ayırmasın. Qəlbimiz nur ilə dolsun, süfrələrimizdən ruzi-bərəkət əskik olmasın. Allah daima yardımcınız olsun”.

Meyxanaçı Namiq Qaraçuxurlu:

“Bu 1 ayı oruc tutmağa fürsət verən Tanrıya şükürlər olsun. Ramazan ayı boyunca yayın bəzi keyiflərindən, əsəb gətirəcək xeyirli işlərdən uzaq olub, oruc borcunu verənlər, əhvalınız xoş, canınız sağlam, ruzunuz bol, orucunuz qəbul olunsun. Bayramınız mübarək”.

Müğənni Azəri qızı Günel:

“Neçə belə gözəl bayramlar keçirəsiniz. Hüzur dolu, sağlam bir bayram keçirməyinizi arzulayıram”.

Aparıcı İlkin Həsəni:

“Ramazan bayramınız mübarək əzizlərim. İnşallah tutduğunuz oruclar, etdiyiniz dualar, qıldığınız namazlar qəbul olunar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar