Bakıda küçənin ortasında ağac peyda oldu
27 Avqust 2013 Çərşənbə Axşamı 05:28
Küçə ilə hərəkət edən maşınlar ağac basdırılan yerdən keçərkən yoldan xeyli kənara çıxmaq məcburiyyətində qalır.
Bakının Suraxanı rayonunda yolun ortasında ağac peyda olub. Rayon sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, Cəlal Qurbanov küçəsindən 338 saylı uşaq bağçasına gedən yolun ortasında böyük çala yaranıb. Maşınların həmin yerə düşməməsi üçün ora zibil və ağacla doldurulub. Küçə ilə hərəkət edən maşınlar ağac basdırılan yerdən keçərkən yoldan xeyli kənara çıxmaq məcburiyyətində qalır.

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Milli.Az-a açıqlamasında bildirdi ki, C.Qurbanov küçəsində uşaq bağçasına gedən yolun vəziyyəti normaldır. Yolun ortasına sancılmış ağaca gəlincə, şöbə müdiri həmin əraziyə baş çəkəcəyinə və problemin həll ediləcəyinə söz verdi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar