Bakıda avtobus sürücüsü ölüm saçır
19 Sentyabr 2013 Cümə Axşamı 12:04
Paytaxt sakini: Bu avtobus sürücülərinin əlindən bezmişik.
Bakı şəhərində avtobus sürücülərinin özbaşınalığından çox yazılsa da, hələ beləsi görülməyib. Milli.az-a oxucuların göndərdiyi videoyazıda belə özbaşınalıq tam çılpaqlığı ilə görünür. Sentyabrın 11-də saat 18.00 radələrində Neftçilər prospektində şəxsi avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə maraqlı görüntü qeydə alınıb.

Həmin videonu göndərən sürücü yazır ki, yüksək sürətlə hərəkət edən iritutumlu sərnişin avtobusu onun yoluna çıxaraq ağır qəza vəziyyəti yaradıb: “Avtobus az qala mənim maşını ayaqlayıb keçəcəkdi. Avtobusda 100-ə yaxın sərnişin vardı. Avtobus sürücüsü məni borclu çıxararaq yoldan cəkilmədi. Bu avtobus sürücülərinin əlindən bezmişik”.

Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, istənilən texniki vasitə ilə çəkilən və yayımlanan görüntü inzibati xəta ilə nəticələnibsə, dərhal tədbir görülə bilər. Bölmə rəisinin sözlərinə görə, internetdə avtobus sürücüsünün qayda pozuntusu olan videosu onun tapılıb cəzalandırılmasına əsas verən bir dəlildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar