Bakıda 6 ayda 71 min piyada cerimelenib
01 Avqust 2013 Cümə Axşamı 16:15
Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları azalıb.
Yay mövsümü ilə əlaqədar olaraq paytaxtdan kənardakı istirahət zonalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polislərinin nəzarəti gücləndirilib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

Bölmə rəisi Bakı şəhəri üzrə baş vermiş ümumi yol qəzalarının 51 faizinə sürət həddinin aşılmasının səbəb olduğunu bildirib: “Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları azalıb. 2012-ci ildə bu 53 faiz təşkil edirdisə, ilin əvvəlindən bu göstərici aşağı düşüb”.

V. Əsədov bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyadanın inzibati qaydada məsuliyyətə cəlb olunduğunu deyib: “Məsuliyyətə cəlb edilən piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il piyada vurma halları azalıb”.

Bölmə rəisi avqust ayında Azərbaycan ərazisində normadan artıq karbon, azot qazının mövcudluğu aşkar olunan avtomobillərin sürücülərinin 150 manat miqdarında cərimə ediləcəklərini deyib: “2012-ci ildə 2600-dən çox avtomobil istismara yararsız olduğu üçün yol hərəkətindən uzaqlaşdırılıb və onların sahibləri barədə protokol tərtib edilib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar