Bakıda 325 min dollara avtomobil satıldı
04 Sentyabr 2013 Çərşənbə 01:17
Bentley Continental GT Speed 2013 MY maşınının satışı haqqında elan yerleşdirilib.
Bakıda dünyanın ən bahalı avtomobil modellərindən biri-“Bentley Continental GT Speed 2013 MY” satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, Turbo.Az saytında “Bentley Continental GT Speed 2013 MY” maşınının satışı haqqında elan yerləşdirilib.

Maşın W-şəkilli 12 silindirli, 6 litr həcmində və 625 at gücündə mühərrik (Twin-Turbo) ilə təchiz olunub. Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 4,2 saniyə sərf edir. Maşının maksimal sürəti saatda 330 kilometrdir.

Bu modelin yenilikləri arasında Mulliner Styling karbon asqısı, eksklüziv Dragon Red rəngi də var. “Bentley Motors” şirkəti tərəfindən buraxılan 2 qapılı, 4 yerlik lüks kupe 325 min ABŞ dollarına başa gələcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar