Azercell Telecomun yeni prezidenti Kirill Qaburiç sentyabrda işə başlayır
14 İyul 2012 Şənbə 11:12
Azərbaycanın ən iri mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin rəhbərliyində dəyişikliklər gözlənilir.
«APA-Economics»in məlumatına görə, 2009-cu ildən şirkətin prezidenti vəzifəsini tutan Əli Ağanı bu vəzifədə Kirill Qaburiç əvəz edəcək.

Qeyd edək ki, Kirill Qaburiç indiyədək Moldovanın «Moldcell» şirkətinin (bu şirkət də «Azərcell» kimi «TeliaSonera» qrupuna daxildir) baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, hələlik Əli Ağan «Azercell»in rəhbəri vəzifəsində fəaliyyətini davam etdirəcək. Rəhbərliyin dəyişməsi isə yaxın aylarda başa çatacaq və artıq sentyabr ayından şirkət Kirill Qaburiç rəhbərliyi altında fəaliyyət göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar