Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-22, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 19-24, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.
Sentyabrın 4-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Azərbaycan paytaxtında güclü külək davam edəcək, rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Bakı və Abşeron yarımadasında sentyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.




Şərhlər