Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz
01 Oktyabr 2013 Çərşənbə Axşamı 05:39
Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclasındabelə qənaətə gəlinib.
Sentyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin geniş iclası keçirilib.
AYB-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
Seçkilərin tam demokratik şəraitdə, şəffaflıqla keçiriləcəyinə ümid bəsləyən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik normalar çərçivəsində keçirilməsinin vacibliyi vurğulanıb.
İştirakçıların ümumi qənaətinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdırlar. Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz.
DOSTLARINLA PAYLAŞ: