AZAL-dan tətil xəbərinə təkzib gəldi
14 Sentyabr 2013 Şənbə 15:29
İşçilərin hamısı iş başındadırlar, maaşların azaldılması ilə bağlı heç bir xəbərdarlıq da edilməyib.
AZAL-ın bir qrup işçisi mətbuata açıqlama verərək, maaşların azaldılacağı ilə bağlı rəhbərliyin onlara xəbərdarlıq etdiyini bildirib. Bununla razılaşmayan həmin əməkdaşların 3-4 gündür işi boykot edərək tətilə başladığı bildirilir. Narazı işçilər deyirlər ki, maaşların azaldılması rəhbərlik tərəfindən ay ərzində iş günlərinin məhdudlaşdırılması ilə izah olunur. Amma işlərinin qarşılığında indi də az – 350-400 manat məvacib alan işçilər bununla razılaşmır.
Modern.az-a açıqlama verən Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Hazırda aeroportdayam. İşçilərin hamısı iş başındadırlar. Maaşların azaldılması ilə bağlı heç bir xəbərdarlıq da edilməyib. Yayılan məlumatlar şayiədir”.
DOSTLARINLA PAYLAŞ: