Ölkə

Anar Məmmədov haqqında səhv məlumat yazan KİV-lər ondan üzr istəyiblər

"Olaylar" və "Bizim Yol" qəzeti "Təkzib" başlığı altında məlumat dərc edib.

· Xəbərçi
Anar Məmmədov haqqında səhv məlumat yazan KİV-lər ondan üzr istəyiblər
"Olaylar" İnformasiya Agentliyi və "Bizim Yol" qəzeti ZQAN Holding şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyib.

ANS PRESS-in məlumatına görə, 2012-ci ilin avqustun 2-də Yasamal rayon məhkəməsində günorta saatlarına təyin edilmiş prosesdə "Olaylar" İnformasiya Agentliyi iddiaçının tələbini icra edərək "Təkzib" başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu "Olaylar" qəzetinin 21-30 iyul nömrəsini təqdim edib.

Bundan başqa, "Bizim Yol" qəzeti tələbə əsasən iyunun 19-da "Təkzib" başlığı altında üzr istəyərək müvafiq məlumat dərc edib.

Qeyd edək ki, "Olaylar" İnformasiya Agentliyi və "Bizim Yol" qəzeti Yevlax Avtovağzal ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyib.

Şərhlər