Ölkə

Alpinistlər Gürcüstana gedir

8 nəfərlik heyət qonşu ölkədə təşkil edilmiş yarışlarda iştirak edəcək.

· Xəbərçi
Alpinistlər Gürcüstana gedir
Azərbaycanın alpinistlərdən ibarət “Dağçılıq İdman Klubu” (DİK) bu gün Gürcüstana yola düşür. Azərbaycan Alpinizm Federasiyasından (AAF) verilən məlumata görə, səfərdə məqsəd, qonşu ölkədə təşkil edilmiş yarışlarda iştirak etməkdir.
Klubun baş məşqçisinin köməkçisi Emin Məmmədovun sözlərinə görə, 3 günlük yarışlarda iştirak etmək üçün 8 nəfərlik heyətlə yola çıxırlar.

“Səfərdə məqsəd Gürcüstanda RedBull şirkətin təşkilatçılığı ilə keçiriləcək yarışlarda iştirak etməkdir. Heyətimizin tərkibi - bizim klubdan bir nəfər qayaya dırmanma üzrə idmançı və 5 nəfər dəstək qrupu, eyni zamanda 1 nəfər yüngül atletika və 1 nəfər dağ velosipedi üzrə idmançılardan ibarətdir.İştirak edəcəyimiz yarışın Azərbaycan tərəfindən təşkilatçısı Azərbaycan Alpinizm Federasiyasıdır”.

Şərhlər