ABŞ sefiri Gence şeherinde olub
21 Sentyabr 2013 Şənbə 18:53
ABŞ sefiri Gence şeherinde olub. Nizami yurdunda qerb bölgesini ehate eden regional konfrans keçirilib.
Gəncədə iki il davam edən “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsinin “Qadın liderliyi” adlı yekun konfransı keçirilib. Məlumata görə, tədbirə respublikanın qərb bölgəsindən 50-dən artıq iştirakçı qatılıb. Konfransda həmçinin dövlət strukturlarının, qeyri hökümət təşkilatlarının nümayəndələri və gender sahəsində ekspertlər iştirak edib.

“Gənc Liderlər” Təlim Təhsil və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova çıxış edərək bildirib ki, layihə rəhbərlik etdiyi təşkilatla “Gələcəyə Körpü” İctimai Birliyi ilə birgə həyata keçirilib. Qeyd olunub ki, layihə 2011-ci ildən UNDEF - Birləşmiş Mİllətlər Təşkilatı Demokratiya Fondu tərəfindən maliyyələşdirilib. Tədbirdə əlavə olunub ki, layihənin məqsədi gender bərabərliyini əks etdirən təlimlər, konfranslar, Avropa ölkələrinə mübadilə programları təşkil etməklə vətəndaşların, xüsusilə gənc qadınların liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai, biznes və onların dövlət sektorlarında qərarqəbuledici vəzifələrdə yer tutmalarına imkan yaratmaq, eyni zamanda kişi və qadınların bərabər şəkildə vətəndaş cəmiyyətinin inkişafında irəliləməsinə və sosial-ictimai həyatda fəal iştirakına dəstək olmaqdır.

Layihənin təlimçisi Səbinə Sadıxova bilidirib ki, “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 4 gender akademiyası keçirilib. Həmçinin gender haqqında bilikləri yoxlamaq üçün sorğular da təşkil edilib

İştirakçılar Azərbaycanda gender sahəsində olan biliklərini paylaşıblar. Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, şəhərdə qadınların ictimai siyasi həyatda roluna xüsusi önəm verilir. O, qeyd edib ki, şəhərdə ali təhsil müəssisələrində təhsil alan tələbələrin, təhsil və səhiyyə sahəsində çalışanlar arasında qadınların çoxluq təşkil edir.

“Qadınların Liderliyi” adlı konfransda bir neçə yerli və beynəlxalq təşkilatların (USAİD, Conterpart, US Embassy, Oxfom İnternational) rəhbərləri və nümayəndələri iştirak edib. Həmçinin günün ikinci yarsında ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morninqstar da öz xanımı Faith Morninqstar ilə tədbirdə iştak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar