28 May metrostansiyasının giriş-çıxışı açılır?
03 Sentyabr 2013 Çərşənbə Axşamı 15:05
28 May metrostansiyasının əsas giriş və çıxışının sentyabrın 15-də istifadəyə veriləcəyi gözlənilir.
Bakı Metropoliteninin "28 May" stansiyasının əsas giriş-çıxışı sentyabrın 15-də istifadəyə veriləcək. Bunu "azvision"a açıqlamasında Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov deyib. Onun sözlərinə görə, "28 May" metrosunun əsas girişi tədris ilinə hazır olacaq və vətəndaşların istirfadəsinə veriləcək.
"28 May" metrosunda təmir işlərinin nə zaman yekunlaşması ilə bağlı suala isə M.Bayramov bildirib ki, bunun vaxtının məlum olmadığını deyib.

Qeyd edək ki, Bakı Metropoliteninin "28 May" stansiyasının əsas giriş-çıxışı iyunun 11-dən təmirə bağlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar