28 may metro stansiyası açılacaq
09 Sentyabr 2013 Bazar Ertəsi 16:17
Gelen hefte “28 may” stansiyasının esas giriş-çıxışı açılacaq.
Bakı Metropoliteninin “28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq. Bu barədə ANS PRESS-ə Bakı Metropooliteninin mətbuat xidmətindən bildiriblər. Verilən məlumata görə, stansiyanın əsas giriş-çıxışında işlər artıq yekunlaşıb. Bəzi xırda işlər qalıb ki, onlarda yeni tədris ilinin başlanacağı günə qədər tamamlanacaq.
Lakin ümumilikdə “28 may” metrostansiyasında işlərin hələ bir neçə ay çəkəcəyi bildirilir: “Orada hələ görüləsi iş çoxdur. Stansiya demək olar ki, yenidən qurulur. Mərmər döşənməsindən tutmuş, sistemlərin yenilənməsinə qədər, hər şey dəqiqliyi ilə ölçülüb-biçilir. Havalandırma sistemi və digər yeniliklər də metroda sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Stansiyada işlərin tam yekunlaşacağı tarixi demək doğru olmaz. Hələ görüləcək iş çoxdur. Ola bilər ki, bu ilin sonuna qədər işlər yekunlaşsın”.
DOSTLARINLA PAYLAŞ: