Ölkə

20 Yanvar-Dərnəgül istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılacaq

Sərnişinlər müvəqqəti olaraq “20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının xidmətindən istifadə edə bilməyəcəklər.

· Xəbərçi
20 Yanvar-Dərnəgül istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılacaq
işlərii ilə əlaqədar olaraq Bakı Metropoliteninin “20 Yanvar-Dərnəgül” sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Bakı Metropolitenindən APA-ya verilən məlumata görə, həmin müddət ərzində “20 Yanvar-Dərnəgül” və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər. Metropoliten rəhbərliyi sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etməyi xahiş edib və müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Şərhlər