Mədəniyyət

Xalq artistinə at bağışlanıb

Xalq artistinə at bağışlanıb. Sofiya Rotarunun Kalmıkiyada verdiyi konsert respublika rəhbərliyinin ürəyincə olub.

· Xəbərçi
Xalq artistinə at bağışlanıb
Xalq artisti Sofiya Rotaruya Kalmıkiya Respublikası rəhbərliyi tərəfindən at bağışlanıb. Hədiyyə müğənniyə Kiyev şəhərinin "Röyal" at klubunda təqdim olunub.

Xatırladaq ki, Kalmıkiyanın 400 illik yubileyi ərəfəsində fəal iştirakına görə hədiyyə alan Sofiya Rotarunun nəvəsi at həvəskarı imiş. Elistanın “Uralan” stadionunda verdiyi konsert zamanı Rotaru nəvəsinin at sevdiyini bəyan edib. Bunu yadda saxlayan respublika rəsmiləri SSRİ xalq artistinə hədiyyə vermək qərarına gəlib. ANSPRESS

Şərhlər