Səyavuş Aslan insult keçirib
04 Avqust 2011 Cümə Axşamı 12:30
Xalq artisti Səyavuş Aslan nın yanına heç kim buraxılmır.
Dünən axşam saatlarında səhhətində problem yaranan Azərbaycanın xalq artisti Səyavuş Aslanın vəziyyəti hazırda qeyri-stabil olaraq qalır. Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, insult diaqnozu ilə 4 saylı xəstəxanaya yerləşdirilən sənətkar müəyyən müddət koma vəziyyətində qalıb.
Hazırda Səyavuş Aslan komadan çıxsa da, hələ də reanimasiya şöbəsindədir. Sənətkarın yaxınları isə onun yanına buraxılmır. Həkimlər Xalq artistinin vəziyyətilə bağlı mətbuata intensiv məlumatlar vercəklərini bildiriblər.
Qeyd edək ki, Səyavuş Aslanov 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Milli Akademik Dram Teatrının aktyorudur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: