Mədəniyyət

Səttar Bəhulzadənin 100 illik yubileyi keçiriləcək

Tədbirlərdə müxtəlif beynəlxalq təşkilat nümayəndələrinin iştirakı nəzərdə tutulub

· Xəbərçi
Səttar Bəhulzadənin 100 illik yubileyi keçiriləcək
Noyabrın 16-dan 20-dək YUNESKO-nun baş qərargahında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə yola düşəcək.

Tədbirlərdə Avropanın mədəni ictimaiyyətinin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. ANSPRESS

Şərhlər