İsveçrə məhkəməsi 4,5 milyon dollar girov müqabilində məşhur kinorejissor Roman Polanskini azad etmək barədə qərar qəbul edib. Belə ki, Polanski İsveçrədəki mənzilində ev dustağı olmaqla yanaşı elektron müşahidə altında olacaq.
Eyni zamanda İsveçrənin Ədliyyə Nazirliyindən bildirilib ki, rejissor ölkənin Ali Məhkəməsinə onun azad edilməsilə bağlı şikayətlər daxil olanadək Polanski həbsxanada saxlanacaq.
Xatırladaq ki, R. Polanski 30 il bundan əvvəl azyaşlını zorlamaqda ittiham olunur.
Qeyd edək ki, Poman Polanski "Qızıl palma budağı", "Qızıl şir" və "Oskar" mükafatlarının laureatıdır. O, "Pianoçu", "Çin kvartalı" və "Rozmarinin övladı" filmləri ilə şöhrət qazanıb. ANSPRESS
Roman Polanski azad edildi?
Roman Polanski 4,5 milyon dollar girov müqabilində buraxılıb.




Şərhlər