Martın 16-dan 22-dək Bakıda "Novruz Azərbaycanda- 2009" adlı beynəlxalq tədbir keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Avropa Tələbələr Forumunun Bakı şöbəsi ilə birgə təşkil edəcəyi festival keçirilməsində məqsəd dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, milli mənəvi dəyərləri, tarixi və mədəniyyəti ilə yaxından tanış etməkdir.
Tədbir çərçivəsində gənclərin mədəniyyətlərarası məsələlərdə mübadilə aparmaq imkanları nəzərə alınacaq./ANSPRESS/