Hollandiya tətqiqatçıları belə bir qənatə gəliblər ki, Vofqanq Amadey Motsart bakterial infeksiyadan vəfat edib. ANS PRESS-in “The Telegraph”a istinadən verdiyi xəbərə görə, tədqiqatçılar bildirirlər ki, həmin zaman Vyanada Türkiyə ilə müharibədən sonra ölkəsinə qayıdan bir çox Avstriya əsgərləri həmin xəstəliyə yoluxublar.
“The Telegraph” nəşri yazır ki, ekspertlər həmin dövrün ölüm hadisələrinin sənədlərini araşdırıblar və o zaman insanların ölümünün əsasən vərəm, çəkinin kəskin düşməsi və hidropos yaxud şiş xəstəlikləri səbəbindən baş verdiyini aşkar ediblər.
Hollandların fikrincə, Motsartın xəstəlik simptomları bəstəkarın məhz vodyankadan (bədən boşluğunda su yığılması xəstəliyi) vəfat etdiyini demələrinə əsas verir.
Xatırladaq ki, dünya şöhrətli bəstəkarın ölmünün həqiqi səbəbləri musiqiçinin 35 yaşında qəflətən dünyasını dəyişməsindən sonra tibb işçiləri üçün müəmmalı qalmışdı.
Vofqanq Amadey Motsart 1756-cı il 27 yanvar tarixində keçmiş Zaltsburq arxiyepisqopluğunun paytaxtı olan Zaltsburqda dünyaya gəlib. Hazırda bu şəhər Avstriyada yerləşir. Onun musiqi potensialı olduqca tez, təqribən 3 yaşında ikən ortaya çıxıb. Motsart klavesin, skripka və orq alətlərində ifa bacarığına malik olub. 1791-ci il 5 dekabr tarixində qəflətən vəfat edib. /ANS PRESS/