Mədəniyyət

Məşhur aktyor barda atəş açıb

Vladislav Qalkin dərhal həbs olunub

· Xəbərçi
Məşhur aktyor barda atəş açıb

Dünən Rusiyanın məşhur aktyoru Vladislav Qalkin Moskvada Sadovaya-Kudrin küçəsində yerləşən barlardan birində sərxoş vəziyyətdə travmatik tapançadan atəş açmağa başlayıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisədən sonra o həbs olunub və polis idarəsinə aparılıb.

Xatırladaq ki, Vladislav Qalkin “Usta və Marqarita”, “44-cu ilin avqustunda”, “Diversant” və digər tanınmıs filmlərdə çəkilərək şöhrət tapıb. /ANS PRESS/

Şərhlər