Rusiyanın tanınmış “Lyube” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, tanınmış qrupun konserti sentyabrın 25-də olacaq. Konsertin keçiriləcəyi məkan isə Heydər Əliyev Sarayıdır.
Qeyd edək ki, qrupun Azərbaycanda konserti ilk dəfə təşkil olunur. “Lyube” qrupu bu il 20 illiyini qeyd edir.
“Lyube” qrupu Bakıda konsert verəcək
Konsert sentyabrın 25-də olacaq




Şərhlər