İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstanda olub
02 Dekabr 2009 Çərşənbə 23:40
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstanda olub. Teatrın kollektivi Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevlə görüşüb.
Gürcüstanda qastrol səfərində olan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Heydər Əliyev Fondunun dəstəyi ilə İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində yaradılmış “Azərbaycanın dostları klubu” auditoriyasında Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevlə görüşüb. Səfir teatrın Gürcüstana son illər qastrol səfərlərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını, belə səfərlərin ölkənin azərbaycanlı əhalisi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir teatr kollektivini uğurlu çıxışa görə diplomla mükafatlandıraraq, aktyorlara Borçalının ustad aşığı Əmrah Gülməmmədovun 100 illik yubileyinə həsr olunmuş kitab hədiyyə edib.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev qastrolun təşkilində böyük fəallıq göstərmiş səfirliyin əməkdaşlarına və şəxsən səfirə təşəkkür edib, bu qastrolu İrəvan teatrının tarixində mühüm hadisə adlandırıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar