Gəncəli uşaqlar Danimarkada yarışır
03 Dekabr 2009 Cümə Axşamı 21:10
Gəncəli uşaqlar Danimarkada yarışır. Yarışda atılmış əşyalardan müxtəlif süvenirlər düzəldən uşaqların əl işlərindən ibarət nümunələr göstərilir.
Gəncədəki SOS uşaq kəndinin balaca sakinləri Danimarkada keçirilən “Əşyalar danışır” adlı yarışlara qatılıb. Noyabrın 30-dan dekabrın 4-dək davam edən yarışma barədə məlumat verən kəndin pedaqoqu Mətanət Səidova bildirib ki, yarışlarda köhnə, atılmış əşyalardan müxtəlif süvenirlər düzəldən uşaqların əl işlərindən ibarət nümunələr göstərilir.

Yarışlarda Gəncə SOS uşaq kəndinin 4 balaca sakini və bir nəfər pedaqoqu iştirak edir.

Uzaq Danimarkada gəncəli uşaqlar iştirakçılara sürpriz də hazırlayıblar. Onu da qeyd edək ki, yarışmada Azərbaycanın milli rəqsləri də nümayiş etdiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar