Eurovision iştirakçıları müəyyənləşib
16 Mart 2009 Bazar Ertəsi 13:40
Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkə artıq təmsilçisinin və onun ifa edəcəyi mahnının adını açıqlayıb.
Müsabiqənin iki yarım finalı - mayın 12-si və 14-də, final mərhələsi isə mayın 16-də keçiriləcək. APA həmin ölkələrin təmsilçilərinin və ifa edəcəkləri mahnıların siyahısını təqdim edir.

Mayın 12-də keçiriləcək birinci yarımfinalda Bosniya və Hersoqovina, İsveç, İsrail, Belçika, Andorra, Çexiya, Monteneqro, İslandiya, Gürcüstan, Bolqarıstan, Portuqaliya, İsveçrə, Makedoniya, Finlandiya, Belarus, Türkiyə, Rumıniya, Malta və Ermənistan təmsilçiləri, mayın 14-də keçiriləcək II yarım finalda isə Sloveniya, Danimarka, Azərbaycan, Niderland, Latviya, Macarıstan, Serbiya, Norveç, Ukrayna, Yunanıstan, Litva, Polşa, Xorvatiya, Estoniya, Moldova, Kipr, İrlandiya, Slovakiya və Albaniyadan olan iştirakçılar çıxış edəcəklər. Bu ölkələr finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və bu il yarışmaya ev sahibliyi edən Rusiya mayın 16-da keçiriləcək final mərhələsinə avtomatik olaraq qatılacaqlar. 54-cü dəfə keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində ümumilikdə 43 ölkə iştirak etmək hüququ qazanıb. Ancaq Gürcüstan ötən həftə müsabiqədə iştirakdan imtina edib. Bu gün isə Moskvada müsabiqədə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin görüşü keçirilir. Görüşdən sonra ölkələrin sıra nömrələrinin müəyyənləşməsi üçün püşkatma mərasiminin keçirilməsi nəzərdə tutulur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar