Ənvər Yavəroğlu - Dostluğun Romanı
28 İyul 2009 Çərşənbə Axşamı 00:46
Həyatın ən gözəl axarına düşüb gedən iki dostun – Yaşar və Uyğurun talehi, bir anlıq baş verən hadisə ilə dəyişir.

Macəradan; -
  Həyatın ən gözəl axarına düşüb gedən iki dostun – Yaşar və Uyğurun talehi, bir anlıq baş verən hadisə ilə dəyişir. Yaşarın, ofisiant qızın qürurunu qoruyaraq, daxilindəki əxlaq və tərbiyə hissini büruzə verməyin ona necə başa gələcəyini düşünmədən törətdiyi hadisə! Hardan bilsin ki, qarşısındakı cahil insan, ətrafındakı pis yoldaşlarının, düşüncəsiz və yanlış dəstəkləri ilə yüklənərək yanlış yola sözvq ediləcək, ondan intiqam almağa çalışacaqdır. Aralarında qarşıdurma başlayacaqdır. Bu qarşıdurmanın qurbanı isə....

Dostluqdan; -
  Öz sahəsində etibar qazanıb, yetərincə müştəri potensialına sahib olan, biznesmen dostu Yaşarın qarşısındakı, düşmən kəsilmiş insanların pis niyyətləirndən xəbərdar, həkim dost Uyğurun sirdaşı, yoldaşı ən gözəl dostu üçün  əlindən gələn yalnız, mənəvi dəstəkdir. Amma, zamanın yetişdirdiyi zalım insanın onun dostuna qarşı qurmuş olduğu tələyə bilərəkdən özünü atıb fədakarlıq edən Uyğurun düşdüyü vəziyyət.... Paralel gedən iki dostluq...

Romantikadan; -
  İllərlə susqun, sakit lakin ürəklərində daima fırtınalarla, tufanlarla dalğalanan bir sevgi. Həyatındakı bütün sirlərini bilən Uyğur, Yaşarın yalnız bir sirrindən xəbərdar deyil: - O, Uyğurun bacısı Təravəti, Təravət isə onu – Yaşarı sevməkdədir. On iki il bundan qabaq aralarında tumurcuq açan, saf, təmiz, dürüst atmosferlə qidalanıb böyüyərək o zamandan davam edən sevgi... Bu dürüstlük imkan vermir ki, Uyğur bu sevgidən xəbər tutsun.  Bir gün gəlir ki, Yaşarın içindəki dostluğa qarşı səmimiyyəti, dürüstlüyü, vicdanı sevgisinə qalib gəlir. Canından çox sevdiyi sevgilisini, dostluğu qarşısında qurban verib ona: - “Qadağaan olunmuş Sevgi” damğasını vurur. “Qadağan olunmuş Sevgi” dostluq qıfılı ilə bağlanmış dəmir barmaqlıqlar arasında çırpınıb dursada, heç bir erroziyaya uğramamışdır. Bir gün, tale bu qıfılı sındıraraq, sevgiləri bir daha birləşdirməkdədir. Hər ikisinin qəlbindəki eşq dəryaları yenidən sularla dolub daşır, sevgi gəmisi bu sularda fəğan etməyə başlayır. Lakin, zalımın atdığı zülüm topuna Təravətin də gəmisi tuş gəlir. Onun gələcəyi isə...

Yoğrulmuş, film kimi ROMAN...
   Daha da hərəkətli və maraqlı hadisələrlə, sizlərə həyəcan yaşadacaq bu romanın, qəhrəmanlarının başlarına gələn digər macəralardan xəbərdar olmaq və siz də onlarla birlikdə bu macəranı yaşamaq istəyirsinizsə - ki, mütləq istəyirsiniz – bir telefon zəngi (SMS və ya email ilə ünvanınızı yazın göndərin) sizə bu kitabı sahibləndirəcəkdir. Buyurun. Yoxlayın...  
İş yerinizdə və ya evinizdə təslim alın.

Təəsüratlar üçün SMS qəbul edən nömrə və email: 0504088808 //            [email protected]
Sifarişlər üçün nömrə və email : 0504088808  ( zəng edib sifariş edin) // [email protected]



DOSTLARINLA PAYLAŞ:

oyunlar