Yenicə fəaliyyətə başlayan “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təsisçiləri Hüseyn Cavadzadə, Ülkər Qasımova və Eldar Qasımov “No smoking” festivalına çox böyük marağın olduğunu qeyd edərək, ümumilikdə festivala 47 qısametrajlı filmin təqdim olunduğunu bildiriblər. Festivalın rəhbəri H. Cavadzadə əlavə edib ki, artıq festivala təqdim olunan 47 film arasından 15-i finala vəsiqə qazanıb. Mayın 31-də isə bu festivalın qalibləri məlum olacaq və onlar mükafatlandırılacaqlar.
Eldar Qasımov hər bir kəsi siqaretdən çəkinməyə çağıraraq, onun zərərlərindən və insanın səhhətində yaratdığı problemlərdən danışıb. Ü. Qasımova bu layihəyə təqdim olunan film sayının çox olmasını həqiqətən də siqaretə qarşı çıxan insanların çoxluğu ilə əlaqələndirib və buna sevindiyini qeyd edib. O hər kəsi “siqaretə yox deyək” kompaniyasına başlamağa səsləyib.
Mərasimi tanınmış aparıcı Hüsniyə Məhərrəmova idarə edib. Qonaqları Çarli Çaplin və Merlin Monro geyimində olan aktyorlar qarşılayıblar. Gecədə finala vəsiqə qazanan 15 gənc rejissor da iştirak edib. Mərasimin sonunda təşkilatçılar tərəfindən üzərində “No smoking” loqosu olan tort kəsilib.
Qeyd edək ki, festivalın qaliblərin adı mayın 31-də keçiriləcək qala gecəsində açıqlanacaq.



















Şərhlər