Böyük Britaniyada Novruz şənliyi keçirilib
24 Mart 2012 Şənbə 16:53
Tədbirdə bir çox azərbaycanlı və 100-dən artıq yerli və xarici tələbə iştirak edib.
Ötən gün Böyük Britaniyanın Şeffild şəhərinin Şeffild Universitetində Novruz şənliyi keçirilib. Şeffild Universitetində təhsil alan azərbaycanlı tələbə Günay Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, bayram tədbiri ARDNŞ-ın maliyyə dəstəyi ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin Şeffild Azərbaycan Cəmiyyəti təşkil edilib.
Novruz bayramı şənliyində Böyük Britaniyada təhsil olan bir çox azərbaycanlı və 100-dən artıq yerli və xarici tələbə iştirak edib. Tədbirdə Azərbaycanın milli mətbəxinin nemətləri -yarpaq dolması, plov, şəkərbura, paxlava, boyanmış yumurtalar iştirakçılara verilib.
Tədbir salonu Azərbaycana aid bir çox şəkillərlə bəzədilmişdi. Həmçinin xalçalar, milli suvenirlər, Azərbaycana aid bir çox jurnal və bukletlər iştirakçılara təqdim olunub.
Tədbirdə qonaqlara Azərbaycana aid bir çox videolar təqdim edilib, tələbələrin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib, Azərbaycan mahnıları səsləndirilib. Tədbirin ən maraqlı yeri isə bütün iştirakçıların Azərbaycan musiqilərində rəqs etmələri olub. Tədbir çox uğurla keçib, iştirakçıların hamısı tədbirdən böyük razılıq və xoş təəssüratlarla ayrılıb.
http://s019.radikal.ru/i625/1203/b8/ac009e642c7a.jpg
http://s017.radikal.ru/i423/1203/77/f95ed419cab0.jpg
http://s019.radikal.ru/i625/1203/cc/7994c18559c5.jpg
http://s48.radikal.ru/i120/1203/02/3e208c37ac5b.jpg
DOSTLARINLA PAYLAŞ: