"Bala dili"ndən uşaqlara hədiyyə
02 Sentyabr 2011 Cümə 10:25
Jurnala illik abunə yazılanlara qol saatı hədiyyə olunacaq
"Bala Dili" jurnalının sentyabr sayı artıq satışda. Jurnalın yeni sayı tapmaca, labirint, şən loto, əlifba, hesab dərsi və bir sıra əyləncəli oyunlarla zəngindir.
Nağıllardan biri dostluğa xəyanətdən bəhs edir. "Timsah və meymun" adlanan nağılın sonunda ağıl nadanlığa qalib gəlir. Jurnalın budəfəki sayı sentyabr ayına təsadüf etdiyi üçün ikinci nağıl məktəb mövzusundadır. Nağılın qəhrəmanı kirpidir. O, bir arzuyla yaşayır. Kirpinin arzusunu isə nağılı oxuyanlar öyrənəcəklər.
Krossvord da məktəb mövzusuna həsr olunub. Onu tez və düzgün həll edənləri həmişəki kimi hədiyyə gözləyir.
Jurnalda sentyabr sayından etibarən iki yeni rubrikaya yer ayrılıb. Onlardan biri "Bilirsənmi?" adlanır. Bu rubrika balacaların dünyagörüşünü və bilik səviyyəsini artırmaq məqsədi daşıyır. Bu dəfə rubrikada kompasdan söz açılır, oxucuya maraqlı oyun təqdim olunur. Bu oyun uşağa aldığı informasiyanın yaddaşında qalmasına kömək edir. Balaca oyun vasitəsilə kompasın səmtlərini əzbərləmək imkanı qazanır.
Digər yeni rubrika "Zooaləm" adlanır. Bu rubrika oxuculara heyvanlar haqqında maraqlı məlumatlar çatdıracaq. Dərginin budəfəki sayında çempion heyvanlar barədə məlumat verilib. Gələcəkdə bu rubrika çərçivəsində suallı müsabiqələrə də yer ayrılacaq. Maraqlı hədiyyələr, zooparka səyahət də nəzərdə tutulur.
Daha bir yenilik də var. Sentyabrdan etibarən oxuculara "Bala Dili"nin əlavəsi olan "Boya"da yeni pazl oyunu təqdim olunur. Bu oyun əyləncəli olmaqla yanaşı, həm də uşağın məntiqi təfəkkürünün inkişafında və yaddaşının möhkəmlənməsində müstəsna rol oynayacaq.
Diqqət: "Bala Dili" jurnalına illik abunə yazılanlara məşhur firmadan qol saatı hədiyyə olunacaq.
DOSTLARINLA PAYLAŞ: