Mədəniyyət

Bakıda foto məktəb açılacaq

Bakıda foto məktəb açılacaq. AFB nəzdində fotoşəkil kurslarının təşkili də planlaşdırılır.

· Xəbərçi
Bakıda foto məktəb açılacaq
Bakıda uşaqlar üçün foto məktəb açılacaq. Bu barədə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) idarə şurasının üzvü Mirnayib Həsənoğlu məlumat verib.

“AFB nəzdində fotoşəkil kursları açılacaq. Məşğələləri fotoqraf Sənan Ələsgərov keçirəcək. Bu kurslar şəkil çəkmə sənəti ilə maraqlanan əhalinin rus dilli hissəsi üçün nəzərdə tutulub. Onlar peşəkarlardan həm nəzəri, həm də praktiki biliklər əldə edə biləcək”, - deyə Mirnayib Həsənoğlu bildirib.

M. Həsənoğlunun sözlərinə görə, yaxın zamanlarda AFB uşaqlar və 11-dən 16 yaşadək olan yeniyetmələr üçün AFB-nin üzvü Sevinc Pirizadənin rəhbərliyi altında foto məktəb açmaq niyyətindədir. ANSPRESS

Şərhlər